Xəbər verdiyimiz kimi, barbadoslu 34 yaşlı müğənni Rihanna mayın 13-də ana olub.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, sənətçinin repçi nişanlısı Eysap Rokidən (Rakim Mayers) oğlu dünyaya gəlib.
Cütlük bu barədə məlumatı gizlətsə də, körpənin anasıyla ilk fotoları sosial şəbəkədə yayılıb.
Qeyd edək ki, alış-veriş zamanı çəkilən fotolardan ifaçının qızının olacağı iddia olunmuşdu. Müğənni hamiləlik dövründə övladının cinsiyyətini açıqlamağa hazır olmadığını və gender şənliyi təşkil etmək istəmədiyini bildirmişdi.
