Bu brendlər Rusiyada başqa adla mağazalarını açır

Bu brendlər Rusiyada başqa adla mağazalarını açır
1478 dəfə oxunub
  • A-
  • A
  • A+

Polşanın LPP pərakəndə satış şirkətinə məxsus "Reserved", "House", "Cropp", "Mohito" və "Sinsay" brendlərinin Rusiya mağazaları Çin şirkətlər qrupuna satılacaq.

Axşam.az xəbər verir ki, bundan sonra onlar Rusiyada yeni adlar altında açılacaq. Bu barədə TASS məlumat yazıb. Belə ki, sözügedən mağazalar "Sin" adlanacaq. Mağazanın loqoları da dəyişəcək. Nəşrin məlumatına görə, mağazalar gələn həftə sonu, mayın 21-22-də açıla bilər. 

“İzvestiya” nəşrinin mənbəsinə görə, “Zara” mağazaları da başqa ad və işarə ilə işini bərpa edə bilər. Bundan əvvəl brend Rusiya Federasiyasının Ukraynada keçirdiyi hərbi xüsusi əməliyyat fonunda Rusiyadakı fəaliyyətini dayandırmışdı.