Sağlam saç üçün bunları yeyin

Sağlam saç üçün bunları yeyin
2743 dəfə oxunub
  • A-
  • A
  • A+

Qəbul etdiyimiz qidalar birbaşa saçlarımızın sağlamlığına da təsir göstərir.

Axşam.az saytı Türkiyə mətbuatına istinad edərək daha gözəl saçlara sahib olmaq üçün sizə bunları yeməyi tövsiyə edir:

1. QIZIL BALIQ. Qızıl balıq saça müsbət təsir edən qidalar arasında birinci yerdə dayanır. D vitamini və zülalla zəngin olduğu üçün saçın inkişafına inanılmaz təsir göstərir.

2. QOZ. Qozun tərkibində olan E vitamini və biotin hüceyrələrin zədələnməsinin qarşısına alır. Biotin əskikliyi saç tökülməsinə səbəb olduğu üçün gündə bir ovuc qoz qəbul etsəniz, saçlarınız daha da güclənər.

3. YUMURTA. Zülalla bol olan yumurta həm də minerallarla zəngindir. Yumurtanın tərkibində sink, kükürd, dəmir olmasına baxmayaraq bunlardan ən əhəmiyyətlisi dəmirdir. Belə ki, dəmir oksigeni saçın hüceyrələrinə daşımaq baxımından xüsusilə önəmlidir.

4. İSPANAQ. İspanaq da dəmir mənbəyidir, bu baxımdan bol-bol istifadə etməkdə fayda var.

5. HİND TOYUĞU. Hind toyuğunun tərkibində olan yüksək zülal saçlarınızın düşündüyünüzdən də artıq sağlam görünməsini təmin edəcək. Zülalın az olması saçların qırılmasına və tökülməsinə səbəb olar.

6. KÖK. Kök A vitamini ilə zəngin olduğu üçün saç dərisinə müsbət təsir göstərir.