Rövşən Əsgərov barəsində həbs qərarı çıxarıldı

Rövşən Əsgərov barəsində həbs qərarı çıxarıldı
3667 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyada azərbaycanlı jurnalist və "Что? Где? Когда?" televiziya şousunun iştirakçısı Rövşən Əsgərov barəsində qiyabi həbs qərarı çıxarılıb.

Axşam.az “TASS”a istinadən xəbər verir ki, sözügedən qərar Moskvanın Basman Rayon Məhkəməsi tərəfindən qəbul edilib.

Bildirilib ki, məhkəmə R.Əsgərov barəsində saxlanıldığı və yaxud ekstradisiya edildiyi andan qiyabi həbs şəklində 2 ay müddətinə həbs qətimkan tədbiri seçib.

Qeyd edək ki, aprelin sonu Rusiyada Rövşən Əsgərov barəsində cinayət işi açılıb. O, feysbuk hesabındakı paylaşımlarda nasizmi reabilitasiya etməkdə ittiham olunur.

Rusiya Federasiyası İstintaq Komitəsi müəyyən edib ki, o, SSRİ marşalı Georgi Jukovun xatirəsini təhqir edən və onu gözdən salan yalan məlumatlar paylaşıb.

Bir müddət əvvəl o, ölkənin Daxili İşlər Nazirliyi tərəfindən axtarışa verilib.