Ürəyi sağlam qalsın istəyənlər çox yatsın

Ürəyi sağlam qalsın istəyənlər çox yatsın
966 dəfə oxunub
  • A-
  • A
  • A+

Ürək çatışmazlığı riski yuxu problemi olan insanlarda digərlərinə görə üç qat daha çoxdur.

Axşam.az-ın məlumatına görə, norveçli həkim Lars Lauqsand həmkarları ilə birgə on bir il ərzində 20-89 yaş arası 279 nəfərin səhhətini müşahidə edib.

Nəticəyə görə üç əlamət-gec yuxuya getmə, yuxunun bölünməsi və səhər gümrah oyanmamaqla ürək çatışmazlığı arasında əlaqə olduğu ortaya çıxıb.

Lauqsand bu üç əlamətə sahib insanlarda riskin, heç bir əlaməti daşımayan, ya da birini və ya ikisini daşıyan insanlara görə daha yüksək olduğunu söyləyib. Yuxu problemlərini dəyərləndirərək ürək çatışmazlığının qarşısının alına bilinəcəyini deyən Lauqsand onlar arasındakı əlaqənin nə olduğunun hələ bilinmədiyini vurğulayıb.

Lakin bioloji səbəblərdən stress yuxusuzluğa yol açır və bu, ürəyin işləməsinə mənfi təsir göstərir. Həkim bununla əlaqəli araşdırmaların davam etdiyini də sözlərinə əlavə edib.