Bu məsləhətlər kişilər üçündür

Bu məsləhətlər kişilər üçündür
647 dəfə oxunub
  • A-
  • A
  • A+

Kişilər qadınlardan çox dəri problemindən əziyyət çəkirlər. Çünki xanımlar müxtəlif kosmetik vasitələrlə, maskalarla problemlərin qarşısını alırlar. Kişilər isə bunu etmirlər. Kişilərdə dəri problemləri orqanizmdə çatışmayan maddələrlə bağlıdır:

Axşam.az xarici mətbuata istinadən kişilərin dəri problemlərini aradan qaldıracaq vasitələr təqdim edir:

• Əgər təraşdan sonra üzdə, boğazaltında səpgilər, hətta irinli civzələr əmələ gəlirsə, üzünüzə mütəmadi olaraq, A və E vitamini çəkin.

• Əgər dabanlarda, dirsəklərdə və diz qapaqlarında dəri quruyub, hətta çatlayırsa, onlara krem çəkib, cod şotka ilə masaj edin.

• Gözaltında qara ləkələr əmələ gəlirsə, demək, orqanizm dəmir azlığından əziyyət çəkir. Alma, mal əti və dil yemək sizi dəmirlə tam təmin edər.

• Əgər dəri yağlı və ya qurudursa, üzü gündə 2 dəfə (səhər və axşam) nəmləndirici maye sabunla yumaq lazımdır. Beləcə, üzü quruluqdan, civzələrdən və qaşınmadan qorumaq olur.

• Dərini daim təravətli saxlamaq və qırışlardan qorumaq üçün tez-tez banan, lobya, düyü və çərəz yeyin.