Kanada Rusiyanın Ukraynadakı hərbi əməliyyatları fonunda 22 rusiyalıya qarşı sanksiya tətbiq edib.
Axşam.az xəbər verir ki, siyahıya Rusiyanın bədii gimnastika üzrə olimpiya çempionu, Milli Media Qrupunun direktorlar şurasının rəhbəri Alina Kabayeva, rusiyalı milyarder Mixail Fridmanın qızları da daxildir.
Həmçinin, “Rosselxozbank”, “İnvesttorqbank”, Rusiya Birbaşa İnvestisiya Fondunun idarəedici şirkətləri və Rusiya Vençur Şirkəti də sanksiyalara məruz qalıb.
"Bu addım Kanadanın Ukraynaya və xalqına sarsılmaz sadiqliyinin nümunəsidir" deyə, hökumətin bəyanatında deyilir.
Qeyd edək ki, bundan əvvəl Böyük Britaniya da A.Kabayevaya qarşı sanksiyalar tətbiq etmişdi. Mixail Fridmanın isə keçmiş həyat yoldaşı Olqa Aiziman da bundan əvvəl sanksiyalara məruz qalmışdı. Fransa hakimiyyəti ailəyə məxsus əmlaka həbs qoymuşdu.