Razyana toxumu arıqlamağınıza kömək edəcək

Razyana toxumu arıqlamağınıza kömək edəcək
1257 dəfə oxunub
  • A-
  • A
  • A+

Xanımlar arıqlamaq üçün müxtəlif yollara əl atır. Ən sağlam vasitə isə təbii bitkilərlə artıq piylərdən xilas olmaqdır. Bədəndəki piyləri parçalamağa kömək edəcək vasitələrdən biri də razyana bitkisidir.

Axşam.az xarici mətbuata istinadən bu bitkinin orqanizmə xeyrini təqdim edir:

Necə və nə vaxt istifadə etməli?

• Ac olduğunuz zaman razyana çeynəyin. O, iştahanı öldürür.
• Razyana toxumlarını bir stəkan suda qaynadıb, soyuduqdan sonra için. Bu çay pəhriz zamanı orqanizmdən artıq suları kənarlaşdırıb, əsəbləri sakitləşdirir.
• Razyana kökünü doğrayıb, üzərinə bitki yağı və limon şirəsi sıxmaqla, ətirli, dietik salat hazırlamaq olar.
• Razyana yağı antisellülit məqsədlərlə istifadə olunur. Yağa bir qədər dəniz duzu əlavə edib, problemli yerlərə çəkməklə qan dövranını sürətləndirib, artıq piy toxumalarını hamarlaşdıraraq, yumşaq, şümal dəri əldə edəcəksiniz.

Pəhrizi 1 həftədən artıq davam etdirmək olmaz. Beş gün ara verdikdən sonra yenidən davam etdirə bilərsiniz. Bir həftə saxlanılan razyana pəhrizi ilə 3 kiloqram arıqlamaq mümkündür.