Zarina aparıcılıq etdi - video

Zarina aparıcılıq etdi - video
1883 dəfə oxunub
  • A-
  • A
  • A+
“Lider” telekanalında yayımlanan “Bu saat” verilişinin növbəti aparıcısı müğənni Zarina Məmmədova olub.

Axşam.az-ın məlumatına görə, "bir vaxtlar aparıcılıq etmişəm. Uzun müddətdir, o fəaliyyətimə ara vermişdim. “Bu saat” məni keçmişimə apardı” deyən sənətçi həmkarlarının kliplərini təqdim edib.

Bu həftə "Top 10"da birinci yeri Zarinanın “Bir acı” adlı mahnısına çəkdirdiyi ekran işi tutub. Həmçinin əməkdar artist Manananın "Gözlərin danışsın" mahnısının klipi də onluğa daxil olub. 

 Qeyd edək ki, veriliş həftəiçi beş gün, saat 16:00-da yayımlanır. Sözügedən layihənin rejissoru və müəllifi Nail Naiboğlu, prodüseri Pərviz Oqtayoğlu, musiqi redaktoru Rauf Sahiboğludur.

"Bu saat"ın informasiya dəstəyi Axşam.az saytına məxsusdur.