Cildinizi evdəki vasitələrlə gözəlləşdirin

Cildinizi evdəki vasitələrlə gözəlləşdirin
1131 dəfə oxunub
  • A-
  • A
  • A+

Xanımların ən çox pul xərclədiyi yerlərdən biri də gözəlliyi artıran vasitələrdir. Lakin evdə olan inqrediyentlərdən istifadə edərək cildinizə qulluq edə bilərsiniz.

Axşam.az bunlardan bir neçəsini təqdim edir.

Düyü suyu maskası 

Çiy düyünü suya qoyun. Bunun hansı düyü olmasının fərqi yoxdur. Lakin bunu etməzdən əvvəl bir dəfə onu yuyub süzün. Düyünü 30 dəqiqə suda isladın. Sonra salfetləri isladıb üzünüzə maska kimi qoyun. 10-15 dəqiqə gözlədikdən sonra maskanı çıxarın.

Həmçinin həmin suyu buz formasında dondurub, daha sonra masaj edərək də üzünüzə tətbiq edə bilərsiniz.

Banan maskası 

1 orta ölçülü yetişmiş bananı əzin. 1 xörək qaşığı yumurta ağı, 1 çay qaşığı düyü unu və 2 damcı E vitamini əlavə edib üz və boyun nahiyəsinə çəkin. 15-20 dəqiqə gözlədikdən sonra ilıq su ilə yuyun. Lakin soyuq su ilə etsəniz bu, dərinizdəki məsamələrin sıxmasında daha təsirli olacaqdır.

Alma maskası

1 almanı rəndələyib kənara qoyun. 2 xörək qaşığı su və 1 xörək qaşığı süd kremini qaynadın. İçinə rəndələnmiş almanı əlavə edin. Qaynadıqdan sonra qarışımı soyumağa buraxın. Qırış problemi olan nahiyələrə qalın təbəqə şəklində çəkin və bir saat gözləyin. Sonra dərinizi soyuq su ilə yuyun.

Yaş maya maskası

1 ədad yaş mayanı ilıq su ilə krem ​​formasına gələnə qədər qarışdırın. Qarışımı qırış olan nahiyəyə çəkin və 30 dəqiqə gözləyin. Dərinizi soyuqla yuyaraq təmizləyin.

Xiyar maskası

1 xiyar əzib suyunu çıxarın. Üzərinə yarım çay stəkan süd əlavə edib qarışdırın. Qırışlar olan yerə pambıq vasitəsi ilə çəkin. Quruduqdan sonra eyni prosesi 3 dəfə daha edin. Son prosedurdan sonra 10 dəqiqə gözləyin və maskanı soyuq su ilə yuyun.