Üç günə 3 kiloqram çəki atın

Üç günə 3 kiloqram çəki atın
2529 dəfə oxunub
  • A-
  • A
  • A+

Pəhrizin effektini görmək yaş, çəkiyə, cinsə və orqanizmə görə dəyişir. Bu səbəbdən istənilən sağlamlıq proqramına başlamazdan öncə həkimlə məsləhətləşmək mütləqdir.

Axşam.az hər hansı xəstəliyi olmayan şəxslərin 3 gün ərzində 3 kiloqram çəki atmasına yardımçı olacaq pəhriz proqramını təqdim edir:

1. gün

Səhər: 1 dilim tam buğda çörəyi, 1 qaynadılmış yumurta, 1 stəkan şəkərsiz çay

Nahar: 1 porsiya az yağlı və ya yağsız tərəvəz yeməyi, 1 kasa qatıq

Şam: 1 kasa tərəvəz şorbası, 1 böyük kasa yaşıl salat

2. gün

Səhər: 1 dilim tam buğda çörəyi, 2 dilim feta pendiri, 1 stəkan şəkərsiz çay

Nahar: 100 qram qırmızı ət, 1 böyük kasa yaşıl salat

Şam: 1 porsiya suda bişmiş tərəvəz

3. gün

Səhər: 1 stəkan az yağlı süd, 1 qaynadılmış yumurta, 1 stəkan şəkərsiz çay

Nahar: 1 kasa tərəvəz şorbası, 1 böyük kasa yaşıl salat

Şam: 200 qram sobada bişirilmiş balıq, 1 böyük kasa yaşıl salat

Qeyd edək ki, pəhrizlə yanaşı gün ərzində 20 dəqiqə idman etmək və ya 1 saat gəzmək məsləhət görülür. Aclıq hiss etdikdə meyvə və ya qoz, fındıq, badam yeyə bilərsiniz. Gün ərzində bol su içməyi unutmayın.