"Bəyəndinmi?" - video
Reper Qurd yeni mahnısına çəkdirdiyi klipini təqdim edib.
Axşam.az-ın məlumatına görə, bu haqda reperin özü danışıb.
“Bəyəndinmi?” adlı bəstəsinə klip çəkdirdiyini bildirən Qurd “düşünürəm ki, Azərbaycanda belə klipi ilk dəfə mən çəkdirdim. Onu da deyim ki, “Tapın onu” ekran işindən sonra əksər müğənni və reperlər “+18” kliplər çəkməyə başladılar” deyə əlavə edib.
Qeyd edək ki, Nadir Nəğdpul tərəfindən aranjiman olunmuş “Bəyəndinmi?”nin klipinin rejissoru Nurlan Ələkbərovdur.