Arıqlamağa kömək edən detoks resepti

Arıqlamağa kömək edən detoks resepti
961 dəfə oxunub
  • A-
  • A
  • A+

Bəzi günlər həddən artıq yemək yedikdən sonra peşmançılıq hissi yaranır. Motivasiyanın düşməsi isə pəhriz proqramını çətinləşdirir.

Axşam.az gün ərzində ağır və çox yeməkdən sonra mədə-bağırsağı rahatladan, pəhriz vaxtı isə gün ərzində 1 kiloqram arıqlamağa imkan verən detoksu (şorbanı) təqdim edir.

Tərkibi:

2 yaşıl balqabaq
1 bibər
1 kiçik soğan
dörddə bir dəstə şüyüd
yarım limonun suyu
3 xörək qaşığı qırmızı mərcimək
yarım yerkökü (rəndələnmiş)
1 xörək qaşığı zeytun yağı

Hazırlanması:

Limon, mərcimək və şüyüddən başqa digər inqrediyentləri doğrayın və yağda qızardın. Daha sonra üstünə çatacaq qədər su və 3 xörək qaşığı qırmızı mərcimək əlavə edib bişirməyə buraxın. Bişdikdən sonra şüyüd əlavə edib, inqrediyentləri blenderdən keçirin. İstəyə görə duz, acı istiot və limon suyu əlavə edib axşam için

Detoksla yanaşı bu pəhriz proqramına da riayət edin:

1. gün

Səhər: 1 qaynadılmış yumurta, bol cəfəri, 2 qoz, 3 quru ərik

Günorta: 120 qram toyuq döşü (qrildə və ya sobada), bol yaşıl salat, 1 stəkan ayran

Günortadan sonra: 1 stəkan yaşıl çay, 1 dilim ananas

Şam: reseptini verdiyimiz pəhriz şorbası, 1 kasa qatıq

Gecə: 1 stəkan yaşıl çay

2. gün

Səhər: 1 dilim tam buğda çörəy, cəfəri, aruqula (roka), 2 yaşıl bibər, 2 qaşıq kəsmik, 5 zeytun, 1 stəkan çay

Günorta: 1 yumurta, 1 xörək qaşığı kəsmik və 2 yumurtanın ağından hazırlanan tərəvəz və ya göbələk omleti, qovrulmuş bibər, göyərti salatı

Şam: reseptini verdiyimiz pəhriz şorbası,