"Sirt-food" pəhrizi ilə arıqlayın

"Sirt-food" pəhrizi ilə arıqlayın
741 dəfə oxunub
  • A-
  • A
  • A+

Son zamanlar istifadə olunan pəhriz proqramlarından biri də "Sirt-food"dur (Sirtuin). Bir çox dünya ulduzunun məhz bu proqram vasitəsi ilə arıqladığı və formada qaldığı bildirilir.

Axşam.az xəbər verir ki, bu pəhriz sirtuin genini aktivləşdirərək maddələr mübadiləsini sürətləndirir.

Bu pəhrizə daxil olan qidalar isə aşağıdakılardır:

- Kakao
- Çiyələk
- Qarabaşaq
- Zeytun yağı
- Qəhvə
- Yaşıl çay
- Cəfəri
- Kərəviz
- Aruqula
- Qaragilə
- Qırmızı soğan
- Soya
- Sarıkök
- Qoz

Bəs bu pəhrizi necə saxlamaq olar?

İlk 3 günü içki və 1 əsas yeməklə tamamlamaq, ardınca 4 gün ərzində 2 əsas yemək, yuxarıda sadalanan qidalardan yemək və yaşıl (təbii) içkilər içmək, ardınca 14 gün ərzində 3 əsas yemək və içkilərlə pəhrizi tamamlamaq lazımdır. Proqram 21 günü əhatə edir.

Qeyd edək ki, ilk 3 gündə maye ilə qidalanmaq, sıx iş qrafiki və ya artıq çəkisi olan şəxslər üçün çox aşağı kalori ehtiva etdiyi üçün sağlamlıq üçün əlverişsizdir.

Gündəlik:

Səhər: 1 çay qaşığı zeytun yağı ilə hazırlanmış tərəvəz omleti

2 bütöv qoz ləpəsi

İstədiyiniz qədər cəfəri və ya aruqula (roka)

1 dilim qarabaşaq çörəyi 

Qəlyanaltı: 1 ədəd portağal +1 ədəd qoz 

Günorta: 1 alma + 4 xörək qaşığı qaynadılmış qarabaşaq + yarım qırmızı soğan, roka və cəfəri ilə hazırlanmış salat (salata 1 çay qaşığı zeytun yağı əlavə edin)

Qəlyanaltı: Sadalanan qidalardan hazırlanan içki için

Axşam: 100-150 qram qril (qaynadılmış qırmızı və ya ağ ət)

Roka – cəfəri – 1 portağal dilimləri və 1 çay qaşığı zeytun yağı ilə hazırlanmış salat (toxluqdan asılı olaraq salatınıza 3-4 xörək qaşığı qaynadılmış qarabaşaq əlavə etmək olar)

Gündə ən azı 2,5 litr su istehlak edilməlidir.

Yaşıl içkinin hazırlanması:

7-8 ədəd aruqula

5-6 ədəd cəfəri

2 kərəviz sapı

1 çimdik zəncəfil və ya yarım çay qaşığı üyüdülmüş zəncəfil

½ orta alma

½ orta limon

½ matça yaşıl çayı blenderdən keçirərək hazırlanır