"Bakı yay caz günləri" yenidən keçiriləcək

"Bakı yay caz günləri" yenidən keçiriləcək
170 dəfə oxunub
  • A-
  • A
  • A+

İki illik fasilədən sonra "Bakı yay caz günləri" festivalı fəaliyyətini bərpa edir.

Axşam.az xəbər verir ki, əvvəlki festivalların iştirakçılarının coğrafiyasına İsveçrə, Fransa, İsrail, Gürcüstan, ABŞ, Türkiyə, Macarıstan, Rusiya kimi ölkələr daxil idi.

Bu il konsertlər Heydər Əliyev Mərkəzinin parkında açıq havada keçiriləcək. Giriş sərbəstdir. İyulun 6-da festivalı amerikalı caz pianoçusu və bəstəkarı Emmet Kohen öz triosu ilə açacaq.

İyulun 7-də proqram, məşhur İsveç-Türkiyə saksofonçusu İlhan Erşahinin kvarteti ilə davam edəcək. Hər iki gün festival səhnəsi həmçinin bizim caz qruplarımıza təqdim olunacaq.