Bülənt Ərsoyun 1,5 milyonluq məzarına lift də quraşdırılacaq

Bülənt Ərsoyun 1,5 milyonluq məzarına lift də quraşdırılacaq
5755 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli müğənni Bülənt Ərsoyun qəbiristanlıqda çəkilən və gündəm olan videosundan sonra meneceri Fevzi Siverek açıqlama yayıb.

Axşam.az türk mediasına istinadən xəbər verir ki, o, B.Ərsoyun ölkənin daxili işlər naziri Süleyman Soyluya məsələ ilə bağlı müraciət etdiyini vurğulayıb.

“Bülənt xanım daxili işlər naziri Süleyman Soyluya müraciət etdi və onlar da lazım olanı edəcəklərini bildirdilər".

Fevri məzarın quruluşu haqqında danışaraq bunun 1,5 milyon lirəyə (təqribən 146 min 897 manat) başa gələcəyini deyib:

"Zincirlikuyuda Bülənt xanım üçün dəfn yeri düzəltdim. Amma pərəstişkarları ona çata bilməsin deyə bunu bir az dərin edəcəyik. Dərin olacağı üçün Bülənt xanımın məzarına liftlə quraşdıracağıq. Onu liftlə endirəcəyik. Lift isə şifrələnəcək. Qəbri sadə edəcəyik. Məndən əvvəl haqqın rəhmətini qovuşarsa, belə bir layihəm var. Təbii ki, 27 illik dostum və ailəm olan Bülənt xanımı dəfn etmək istəmirəm. Məndən əvvəl ölsə, 3 nəfərlik dəfn yeri hazırdır. Büdcə də ayırmışıq. Qəbrin tamamlanması, sistem və sair 1,5 milyon lirəyə başa gələcək”.

Qeyd edək ki, sosial şəbəkələrdə yayımlanan görüntülərdə Bülənt atası Fikrət Erkoçun dəfnində məzar ölçülərinə görə standarta uyğun gəlmədiyini bildirib.