Bülənt Ərsoydan məzarı ilə bağlı xəbərlərə reaksiya - "Ölmədim"

Bülənt Ərsoydan məzarı ilə bağlı xəbərlərə reaksiya - "Ölmədim"
800 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli müğənni Bülənt Ərsoy ötən gün məzarı ilə bağlı çıxan xəbərlərə münasibət bildirib.

Axşam.az xəbər verir ki, ifaçı bu barədə instaqram hesabında "Ölmədim, dostlar" başlığı ilə açıqlama yayıb. O, haqqında çıxan xəbərləri təkzib edib:

"Əziz atamın dəfn mərasimində dediyim sözlərin videosu əvvəlcə instaqramda yayıldı. Sonra reportajların birində mənə mövzu ilə bağlı sual verildi. Ən son da “1,5 milyon lirə büdcə ayrıldı, Bülent Ersoyun qəbri dərin olacaq, liftlə qoyulacaq”.

Məndən soruşmalı olduğunuz halda, haqqımda hər açıqlama verən şəxslərin bu “cəfəngiyyat” sözləri mediada belə böyük yer tutacaq? "Məzarı üçün 1,5 milyon lirə büdcə ayırdı" başlıqları "mətbuat azadlığı" çərçivəsindədirmi? Məntiqli və etikdirmi?

Yeri gəlmişkən, səlahiyyətli menecerim Haluk Şentürkdür.

Hər şeyə dözmək, sənətkarın mövqeyinə uyğun davranmaq, incitməyim demək, yaşadığımız bu dövrdə heç bir işə yaramırmış demək ki..."

Qeyd edək ki, B.Ərsoyun meneceri olduğunu deyilən Fevzi Siverek məzarın 1,5 milyon lirəyə (təqribən 146 min 897 manat) başa gələcəyini və lift quraşdıracağını deyib.