Taner Ölmezin imtina etdiyi obrazı o, canlandıracaq - Foto

Taner Ölmezin imtina etdiyi obrazı o, canlandıracaq - Foto
710 dəfə oxunub
  • A-
  • A
  • A+

Mərhum türk xalq musiqisi müğənnisi Nəşət Ərtaşın həyatı film olacaq.

Axşam.az xəbər verir ki, "Garip bülbül Neşet Ertaş" adlı ekran işində baş rolu aktyor Ramazan Bağgül canlandıracaq. Mərhum ifaçının uşaqlıq illərini ifa etmək Onur Efe Şahinə, gənclik dövrü isə Bektaş Doluya həvalə olunub. Onun anası roluna isə ifaçı Zara həyat verəcək.

Layihədə Melisa Aslı Pamuk, Yüsra Geyik, Toyqqan Avanoğlu, Serkan Köksal, Halil İbrahim Kalaycıoğlu, Erkan Kolçak Köstendil kimi simalar rol alacaq.

Qeyd edək ki, aktyor Taner Ölmez sözügedən rolun ona təklif olunduğunu, lakin bundan imtina etdiyini açıqlamışdı.