Aspirinlə sızanaqlardan və qırışlardan qurtulun

Aspirinlə sızanaqlardan və qırışlardan qurtulun
1881 dəfə oxunub
  • A-
  • A
  • A+

Aspirin dəridəki artıq yağları azaldıb qan dövranını gücləndirərək sızanaqların yaranmasının qarşısını alır. Bununla belə ondan düzgün istifadə etmək də önəmlidir.

Axşam.az aspirinlə hazırlanan maskaları təqdim edir.

Sızanaqlara qarşı aspirin maskası

Tərkibi:

4 və ya 5 aspirin
1 və ya 2 xörək qaşığı ilıq su
Bal və ya qatıq

Hazırlanması:

Əvvəlcə aspirini toz halına gətirin. Sonra ilıq su ilə yaxşıca qarışdırın. İstəyə görə digər inqrediyentləri (bal və qatıq) əlavə edib yenidən qarışdırın. Qarışımı nazik təbəqə şəklində üzə çəkib 10-15 dəqiqə gözləyin. Maskanı ilıq su ilə yuyun və nəmləndirici kremdən isitfadə edin.

Qırışlar üçün aspirin maskası

Tərkibi:

3 aspirin
3 xörək qaşığı limon suyu

Hazırlanması:

İnqrediyentləri qarışıdırıb nazik təbəqə şəklində üzünüzə çəkin. 10 dəqiqədən sonra ilıq su ilə yuyun.