Körpələrdə qaz yaratmayan qidalar

Körpələrdə qaz yaratmayan qidalar
835 dəfə oxunub
  • A-
  • A
  • A+

Körpələrin rahat yatması və gününü xoş keçirməsi üçün qaz əmələ gətirməyən qidalar yeməsi lazımdır. Burada ən böyük yük ananın üzərinə düşür. Çünki onun istehlak etdiyi qidalar bir başa körpənin sağlamlığını və inkişafını dəstəkləyir. Lakin bəzi meyvə-tərəvəzlər istehlak olunduqda qaz yaradır ki, bu da körpələrin narahatlığına səbəb olur.

Axşam.az körpələrdə qaz yaratmadan istehlak edilə biləcək qidaları təqdim edir.

1) Çiyələk

Həm süd verən analar, həm də əlavə qidalar yeməyə başlayan körpələr üçün çiyələk ideal meyvə seçimidir. Bu meyvə aşağı kalorilidir və tərkibində su çoxluq təşkil edir. Bu səbəbdən körpələrin həzm sistemini yormur.

2) Qovun

Bağırsaqları yormayan qovun asan həzm olunduğu üçün ayına uyğun şəkildə körpələrə verilə bilər. Bu meyvə lif və vitamin baxımından zəngindir. Onu körpəyə püre şəklində vermək məsləhətdir.

3) Kivi

Kivi süd verən analar tərəfindən istehlak olunmalıdır. Bu zaman onun həzmi körpəni yormur və meyvənin faydalarından daha çox yararlanmış olur. Zaman keçdikcə körpənin həzm sisteminə uyğun olaraq püre şəklində verilə bilər.

4) Avokado

Avokado mədə fermentləri üçün faydalıdır. Tərkibindəki E vitamini sayəsində körpənin inkişafını dəstəkləyir, rahat yatmasını təmin edir.

5) Banan

Bu meyvə körpələrdəki ishal problemini aradan qaldırır və qidalanmasını dəstəkləyir.

6) İspanaq

İspanaq antioksidant minerallarla zəngindir. 

7) Qırmızı ət

Körpələrin qidalanmasında olduğu qədər beyin inkişafında da qırmızı ət xüsusi rol oynayır.

8) Düyü

Düyü qaz yaradan taxıl məhsulu deyil. Bundan başqa düyü istehlakı doyurucudur. Ana bu qidanı qəbul edərək körpənin də istehlak etməsinə vasitəçi ola bilər. Lakin çox miqdarda istehlak edilən düyü qaz yaratmasa da qəbizliyə səbəb ola bilər.