Ürək çatışmazlığı olanlar necə qidalanmalıdır?

Ürək çatışmazlığı olanlar necə qidalanmalıdır?
1062 dəfə oxunub
  • A-
  • A
  • A+

Ürək çatışmazlığı diaqnozu qoyulan insanlar ümumi sağlamlıqlarını qorumağa diqqət yetirməlidirlər. Düzgün qidalanma da bunlardan biridir. Bu, xəstəliyin inkişafını zamanla azaldaraq sağalma prosesini sürətləndirir.

Axşam.az xəbər verir ki, ürək çatışmazlığı problemindən əziyyət çəkən şəxslər yemək hazırlayarkən duzdan az və ya ümumiyyətlə istifadə etməməyə diqqət yetirməlidir. Gündəlik duz istehlakı 5 qramdan az olmalıdır. Cips, duzda qovrulmuş qoz-fındıq, turşular bu şəxslərin qida rasiyonundan çıxarılmalıdır.

İstehlak etmək üçün həmişə təzə məhsullar seçilməlidir. Qablaşdırılmış məhsullardan mümkün qədər az istifadə edin. Sistemli qidalanma, meyvə-tərəvəz istehlakı mühüm şərtdir. Həftədə iki dəfə balıq yeməyə çalışın. Tərkibində kalium olan qidaları istehlak etməyə üstünlük verin.

Çuğundur və nar qan durulaşdırıcı xüsusiyyətlərə malikdir. Bundan əlavə, onlar ürək-damar sistemi üçün vacib olan azot oksidinin istehsalını təmin edirlər.

Yeməklər arasında balanslı fasilə vermək və qəlyanaltıda meyvəyə üstünlük vermək lazımdır.

Hər hansı pəhriz saxlamaq üçünsə, mütləq həkimə müraciət edilməlidir.