"Uzun müddətdir buna hazırlaşıram, çox həyəcanlanıram"

"Uzun müddətdir buna hazırlaşıram, çox həyəcanlanıram"
1758 dəfə oxunub
  • A-
  • A
  • A+

İyunun 30-da Azərbaycan Dövlət Akademik Filarmoniyasında Fikrət Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblının konserti olacaq. 

Axşam.az xəbər verir ki, tədbir çərçivəsində çıxış edənlər arasında müğənni Lətifə Soyuöz də yer alıb. Bir neçə aydır konsert üçün məşqlər edən sənətçi tam fərqli çıxış olacağını bildirib. 

"İki mahnı səsləndirəcəm. Filarmoniya səhnəsi üçün tam fərqli bir çıxış olacaq. Artıq uzun müddətdir məşq edirəm. Çox həyəcanlanıram. İnanıram ki, əla alınacaq" deyə, Lətifə bildirib.