Başınız gicəllənirsə, oxuyun

Başınız gicəllənirsə, oxuyun
1483 dəfə oxunub
  • A-
  • A
  • A+

İsti hava, halsızlıq, sters, təzyiqin düşməsi və ya bir çox başqa amillər başgicəllənməsinə səbəb ola bilər. Yatdığınız və ya əyləşdiyiniz yerdən qalxarkən başınız ani olaraq fırlanırsa, ilk növbədə həkimə müraciət etməyiniz tövsiyə olunur. Bununla yanaşı bəzi qidalar da bu problemin sağalmasında sizə yardımçı ola bilər.

 Axşam.az başgicəllənməsinin qarşısını alan bəzi vasitələri təqdim edir.

Su

Qəfil ayağa qalxdığınız zaman başgicəllənmə hiss edirsinizsə, bu, bədəninizdə su çatışmazlığı ilə bağlı ola bilər.

Zəncəfil çayı

Zəncəfilin tərkibində sakitləşdirici bitki mənşəli fermentlər var. Dərmanların səbəb olduğu başgicəllənməyə qarşı çox təsirlidir. Bu bitkinin çayını içə və ya bir parça zəncəfil çeynəyə bilərsiniz.

Stressdən qaynaqlanan başgicəllənmədə isə zəncəfil beynin oksigenləşməsini təmin edərək daha yaxşı hiss etməyinizə kömək olacaq.

Nəfəs alma məşqi

Qan dövranı yavaş və ya çox sürətli olduğundan, damarlarda təzyiqi artırır Bu isə başağrısı və başgicəllənmə ilə müşahidə olunur. Hər gün müntəzəm olaraq edəcəyiniz qısa nəfəs məşqləri həm də ümumi sağlamlığınıza müsbət təsir edəcək.

Reyhan və sarımsaq

Sarımsaq qan dövranını tənzimləyir. Reyhan isə başgicəllənməyə qarşı çox təsirlidir.

Bir stəkan südün içinə 3-4 reyhan yarpağı atıb bir neçə dəqiqə qaynadın. Bu qarışığı hər axşam yatmazdan əvvəl içə bilərsiniz.

Kərəviz suyu

Kərəviz ilə qan dövranı problemləri səbəbiylə meydana çıxan baş dönməsini aradan qaldırır. Aşağı təzyiqdən yaranan başgicəllənməniz varsa, kərəviz suyu içməyiniz tövsiyə olunur.

Alma sirkəsi və bal

Qan təzyiqinizi tənzimləmək üçün 2 çay qaşığı bal və eyni miqdarda alma sirkəsini bir stəkan ilıq suda qarışdırın. Bu qarışımı gündə 3 dəfə için.