Daha bir iranlı rejissor həbs edildi

Daha bir iranlı rejissor həbs edildi
782 dəfə oxunub
  • A-
  • A
  • A+

Daha bir iranlı rejissor Cəfər Pənahi həbs edilib.

Axşam.az xəbər verir ki, bu barədə "İran İnternational" məlumat yayıb. Bildirilib ki, rejissor həmkarları Məhəmməd Rəsulof və Mustafa Əl-Əhməd həbsinə etiraz olaraq keçirilən aksiyada iştirak etdiyi üçün tutulub. Onun hazırda həbsdə olduğu deyilib.

Ümumilikdə 300-dən çox sənətçi rejissorların azadlığa buraxılması ilə bağlı bəyanat imzalayıb.

Qeyd edək ki, Pənahi 2010-cu ildə də həbs edilib. O, rejim əleyhinə təbliğat aparmaqda və milli təhlükəsizliyə zərbə vurmaqda ittiham olunub. Rejissor 6 il həbs cəzasına məhkum edilib və 2030-cu ilə qədər film çəkməsi qadağan olunub. O, cəzasını ev dustaqlığı şəraitində çəkib.

Pənahi İran kinosunun “yeni dalğası”nın nümayəndələrindən biridir. Onun “Üç üz” filmi Kann kinofestivalında ən yaxşı ssenariyə görə, “Qapalı pərdə” filmi isə Berlin kinofestivalında mükafata layiq görülüb. Bundan əlavə, 2000-ci ildə Pənahinin “Dairə” əsəri Venesiya kinofestivalında beş mükafat alıb.