Milli Kino Mükafatının builki sahibi bəlli oldu

Milli Kino Mükafatının builki sahibi bəlli oldu
450 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının geniş iclasında Milli Kino Mükafatı ilə bağlı məsələyə baxılıb.

Axşam.az xəbər verir ki, bu haqda ittifaqın mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, ittifaqın idarə heyətinin yekdil qərarına görə Xalq rəssamı, Prezident təqaüdçüsü,  ittifaqın idarə heyətinin üzvü Rafiq Nəsirov Milli Kino Mükafatına layiq görülüb.

R.Nəsirov Azərbaycanda bir çox filmlərin - “Bəyin oğurlanmsı”, “Yaramaz”, ”Bəxt üzüyü”, ”Həm ziyarət, həm ticarət”, ”Otel otağı”, ”Cavad xan” və digərlərinin rəssamı olub.

Mükafat 2 avqust Milli Kino Günündə təntənəli formada təqdim ediləcək.

Qeyd edək ki, Milli Kino Mükafatı 2012-ci ildən ittifaqın idarə heyətinin qərarı ilə təsis edilib və Azərbaycanda ən yüksək pullu kino mükafatıdır.