Prodüserlər birləşdi – video
Şou-biznesin tanınmış prodüserləri müştərək layihələr hazırlamaq qərarına gəliblər.
Axşam.az-ın məlumatına görə, prodüser Sayqa Cahid, Namiq Qardaş, Ataş, Təranə Səmədova və Roland Bayramov “Onlar” verilişinin kamerası qarşısına keçib. Sayqa Cahid mayın 12-ni prodüserlər günü kimi qeyd edəcəklərini deyib:
“Hər il mayın 12-ni qeyd edəcəyik. Məndə olmayanları digər prodüserlərimizdən öyrənirəm. Birləşib layihələr hazırlamalıyıq”.
Ataş isə bu gün şou-biznesin zəif olmağından danışıb:
“Şou-biznes bu gün sıfır dərəcəsindədir. Amma toy biznesimiz yaxşı inkişaf edib, yüksək səviyyədədir”.