Karyerasını bitirən şirkətlə bağlı məhkəmə yekunlaşdı

Karyerasını bitirən şirkətlə bağlı məhkəmə yekunlaşdı
830 dəfə oxunub
  • A-
  • A
  • A+

Bir zamanların məşhur modeli Linda Evanqelista ilə uğursuz estetik əməliyyat etdirdiyi şirkət arasındakı məhkəmə prosesi yekunlaşıb.

Axşam.az xəbər verir ki, model bədənində qalıcı deformasiyalara səbəb olan liposaksiya əməliyyatını etdirdiyi və bu səbəbdən 50 milyon dollarlıq təzminat istədiyi mərkəzlə razılığa gəldiyini açıqlayıb.

"CoolSculpting" şirkəti ilə olan məsələni həll etməkdən məmnunam. Dostlarım və ailəmlə həyatımda yeni bir səhifənin açılmasını səbirsizliklə gözləyirəm və bu məsələni arxada qoyduğum üçün xoşbəxtəm. Aldığım dəstəyə görə minnətdaram" deyə, o, instaqram hesabında yazıb,

Qeyd edək ki, Linda liposaksiya əməliyyatından sonra bədənində yaranan qalıcı deformasiyalara görə sənətdən uzaqlaşmalı olmuşdu. Keçmiş model bu ilin əvvəlində "People" a verdiyi açıqlamada artıq çəkisinə və bədən quruluşuna görə utanmadığını və gizlənməyəcəyini demişdi. O, bir müddət əvvəl yenidən karyerasına davam etdiyini elan edib.