"Millət uşağına bez ala bilmir, onların dərdinə bax"

"Millət uşağına bez ala bilmir, onların dərdinə bax"
4008 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli aktyor Kıvanç Tatlıtuğla həyat yoldaşı Başak Dizerin oğullarına baxmaq üçün aylıq 25 min lirə (təxminən 2380 manat) qarşılığında dayə ilə razılaşdıqları ortaya çıxıb.

Axşam.az xəbər verir ki, bunun ardından yeni ana olan Seray Sever əcnəbi dayələrin istədikləri puldan şikayətlənib. O, əkiz övladlarının olduğunu xatırladaraq "Xarici dayələr 1500 dollara qapını açır. Tibb bacılarının qiyməti isə 30 mindən başlayır. Hər şeyin qiyməti uçub" deyə, narazılıq edib.

Bunun ardından məşhurların dayələrə pul verib daha sonra narazılıq etmələri sosial media izləyiciləri tərəfindən tənqid olunub.

Serayın fikirlərinə "Biz özümüz baxmışıq. Çox şükür böyüdülər. Bizim başqa dərdlərimiz var: su, elektrik, qaz", "Siz filmə, mahnıya, proqrama görə milyon qazananda problem deyil, 1500 dollar verəndə var? İkiüzlüsünüz", "Onda uşağa özünüz baxın", "10 dil bilən dayə axtarırısınız, azdır belə", "Millət uşağına bez ala bilmir, onların dərdinə bax" kimi şərhlər gəlib.