Nadirdən yeni mahnı: “Göndər" – Audio

Nadirdən yeni mahnı: “Göndər" – Audio
1620 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyədən qayıdan müğənni Nadir Qafarzadədən yeni xəbər var.

Axşam.az-ın məlumatına görə, sənətçi söz və musiqisi Fərid Kərimiyə məxsus “Göndər” adlı bəstəsini dinləyicilərinə təqdim edib.

Mahnı barədə öz fikirlərini bölüşən müğənni bildirib ki, ona klip də çəkdirəcək:

“Xeyli müddət idi ki, bu ritmik mahnı üzərində işləyirdik. Nəhayət, bu günlərdə hazır oldu. Seviləcəyinə inanıram. Onu eşidənlər müsbət fikir söyləyir.
Bu mahnıya klip də çəkdirməyi düşünürəm. Fərqli bir iş ərsəyə gələcəyinə inanıram”.

Bundan əlavə müğənni Azərbaycanda ilk dəfə həyata keçirəcəyi konsertinin hazırlıqlarını davam etdirdiyini də deyib:

“Hazırda konsert üçün nəzərdə tutulan mahnılar üzərində seçim edirəm. Bəzi bəstələr var ki, onları ifa edə bilməyəcəm. Həm də həmin günü həyat yoldaşıma həsr etdiyimə görə, ona uyğun mahnılar oxuyacam. Düşünürəm ki, bu konsertim bir mesaj və örnək olacaq. Xanımlarına dəyər verməyən bəzi bəylər konsertimdən dərs götürəcəklər”.

Qeyd edək ki, N.Qafarzadənin konserti iyulun 6-da “Yaşıl Teatr”da olacaq.