Mədəniyyət Nazirliyində Alim Qasımovla görüş keçirildi - Foto

Mədəniyyət Nazirliyində Alim Qasımovla görüş keçirildi - Foto
1031 dəfə oxunub
  • A-
  • A
  • A+

Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev Alim Qasımovun 65 illik yubileyi münasibətilə onunla görüş keçirib.

Axşam.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Elnur Əliyev Alim Qasımova mədəniyyət naziri Anar Kərimovun təbrik teleqramını da çatdıraraq ona möhkəm cansağlığı, yeni nailiyyət və yaradıcılıq uğurları arzulayıb.

Görüş zamanı həmçinin Alim Qasımovun yaradıcılıq planları, gələcəkdə nəzərdə tutulan tədbirlər müzakirə olunub.