"Bu hadisə namuslu qadınların gününü qara edəcək"

"Bu hadisə namuslu qadınların gününü qara edəcək"
14184 dəfə oxunub
  • A-
  • A
  • A+

Bir neçə gündür Fövqəladə Hallar Nazirliyinin idarələrindən birində çəkildiyi bildirilən intim videolar böyük müzakirələrə səbəb olub.

Axşam.az xəbər verir ki, məsələyə münasibət bildirənlər arasında İctimai televiziyanın aparıcısı Nigar Sabirqızı da yer alıb. O bildirib ki, bu hadisə ölkədə qadınlara münasibəti pisləşdirəcək:

"Məlum hadisəni məsxərəyə qoymaq, mənasız müzakirə açmaq, fərdləri və ya qurumu qınamaq əvəzinə, məsələni bir az dərindən analiz edib səbəbləri və nəticələri haqqında düşünmək lazımdır. Yalnız bu hadisə yox, ətrafda gördüklərimiz, eşitdiklərimiz göstərir ki, evli kişilər bir yana, başqası ilə münasibət quran evli qadınların sayı çoxalıb. Əlbəttə, biz heç kimi buna görə linç və ya mühakimə edə bilmərik. Mühakimə etmək yalnız Allaha məxsusdur. Sadəcə bunun səbəbləri haqqında ciddi düşünmək lazımdır. Hər halda onları buna itələyən səbəblər var. Təəssüf ki, bu hadisə gündə min azar eşidən namuslu qadınların gününü lap qara edəcək. Onsuz da işlədiyi və ya işləmək istədiyi üçün hər gün əri, atası, qardaşı tərəfindən qınaqla və ya qadağalarla üzləşən minlərlə qadın var. Bunlar haqqında düşünək. Gülüb həzz almaqdansa, onların halına acıyın. Bir də unutmayın: qınadığın bir şeyi yaşamadan ölməzsən".