"Ağlın olardı aktrisa ilə evlənməzdin"

"Ağlın olardı aktrisa ilə evlənməzdin"
2819 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Dilarə Əliyeva həyat yoldaşı "Soy" prodakşının rəhbəri Oqtay Əliyevdən danışıb. 

Axşam.az xəbər verir ki, aktrisa "Sözbaz" verilişində ailə həyatlarından bəhs edib:

"Mənim bəxtim Oqtay Əliyevdən daha çox gətirib. Oqtaya görə... Çünki ikimizdə də anlaşılmazlıqlar, mübahisələrimiz olur. Mütləq olur. Hər an, hər saniyə nəsə ola bilər. Evdə nəsə qurtarır, bunu Oqtaya demək var. Deyirəm, yadımdan çıxıb, filan şey qurtarıb. Başlayır, fikrin haradadır, denən də. Yaradıcı adamın fikri dağınıq olur. Bir dəfə dedi, çay gətir. Bir rol üzərində çalışırdım. Mətbəxdə mənə güc gəldi, başladım rolla məşğul olmağa. Yarım saat sonra yadıma düşdü ki, Oqtaya çay aparmalıyam. Apardım, baxdı üzümə ki, çayı yığmağa getmişdin? Sonra qayıtdı ki, ağlın olardı aktrisa ilə evlənməzdin".