Daha 3 azərbaycanlı təltif olundu

Daha 3 azərbaycanlı təltif olundu
1291 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, Özbəkistanda Azərbaycan elm və mədəniyyət xadimləri mükafatlandırılıb.

Axşam.az xəbər verir ki, bununla bağlı ölkə Prezidenti Şavkat Mirziyoyev müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən, Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun şöbə müdiri, akademik Şahin Mustafayev, Bakı Dövlət Universitetinin türkşünaslıq kafedrasının müdiri Ramiz Əskər və Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun Azərbaycan, Türkmənistan və Özbəkistan ədəbi əlaqələr şöbəsinin müdiri Almas Binnətova “Dostluq” ordeni ilə təltif ediliblər.