“Durna balığı” nümayiş olunacaq

“Durna balığı” nümayiş olunacaq
204 dəfə oxunub
  • A-
  • A
  • A+

A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı sentyabrın 16-da rusdilli tamaşaçılar qarşısında maraqlı səhnə əsəri ilə çıxış edəcək.

Axşam.az xəbər verir ki, sənət ocağının kollektivi rus xalq nağılı əsasında hazırlanan “Durna balığı” tamaşası ilə teatrsevərlərin görüşünə gələcək. Tamaşanın quruluşçu rejissoru Anar Məmmədov, quruluşçu rəssamı Əfşan Əsədovadır.

Müxtəlif kukla mexanizmləri və canlı aktyor oyununun sintezindən ərsəyə gələn tamaşada balaca teatrsevərlər əsl nağıllar aləminə düşəcəklər.

Rolları teatrın rus bölməsinin aktyorları Rauf Babayev, Lina Məmmədova və Araz Həsənli ifa edirlər.