Səyavuş Məmmədzadə vəfat etdi

Səyavuş Məmmədzadə vəfat etdi
1522 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar incəsənət xadimi, tərcüməçi, şair Səyavuş Məmmədzadə vəfat edib.

Axşam.az xəbər verir ki, bu barədə xalq şairi, deputat Sabir Rüstəmxanlı feysbukda paylaşım edib. O, şairin bu gün dünyasını dəyişdiyini vurğulayıb.

"Azərbaycan və rus dillərində dəyərli şeir kitablarının müəllifi, klassik və müasir ədəbiyyatımızın rus dilinə çevrilməsində və təbliqində böyük xidmətləri olan Səyavuş Məmmədzadə bu gün dünyasını dəyişib" deyə, S.Rüstəmxanlı yazıb.

Qeyd edək ki, S.Məmmədzadə Azərbaycan klassik və müasir ədəbiyyatından rus dilinə, eləcə də rus, bolqar, Ukrayna, Polşa ədəbiyyatından Azərbaycan dilinə etdiyi tərcümələri dövri mətbuatda çap etdirib.

O, 2003-cü ildə "Əməkdar incəsənət xadimi" adına layiq görülüb.