Nadir həmkarlarını biabır etdi - video
Müğənni Nadir Qafarzadə yenə də qalmaqallı açıqlama verib.
Axşam.az-ın məlumatına görə, “Bizim gün” verilişində qonaq olan sənətçi, həmkarlarının toylarda etdiyi biabırçılıqların üstünü açıb. O, qadın ifaçıların məclisdən yemək oğurladıqlarını deyib:
“Restorana toya gəlirlər, gedəndə evlərinə yemək aparırlar. Qadın müğənnilər var ki, bananı, almanı çantasına yığıb aparır. Dilənçilik edirlər, ev yiyəsindən pul alırsan, yemək nədir? Neyləyəcəksən o qazandığını? Yığacaqsan, axırda da öləcəksən, yeyə bilməyəcəksən. Allah sənə pulu yetirir, get, ye-iç, kef elə. Müğənnilər tanıyıram ki, yanında köməkçi ilə toya gəlir, deyir, al, mən verəcəm, masadakıları sən doldur çantaya. Belələrini görən camaat da elə bilir, hamımız o gündəyik. Allah beləsinin ruzisini vermir. Bədbəxtdirlər bunlar!”.