Məşhur müğənni Sezen Aksu “Yeni ve yeni kalanlar” adlı mahnısına çəkdirdiyi klipdə maraqlı addım atıb.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran əsərində ifaçının oğlu Mithat Can Özərin sevgilisi Sarah Nile Cameron da rol alıb.
Olduqca əyləncəli olan klipdə müğənni oğluna jest edib. O, oğlunun ötən aylarda barışdığı keçmiş sevgilisinə ekran əsərində önəmli yer ayırıb. Gənc xanım klip boyu gələcək qayınanasının mahnısına yoldaşlıq edib.