Üzeyir Hacıbəyli Klassik Musiqi Festivalı bu rayonlarda keçiriləcək

Üzeyir Hacıbəyli Klassik Musiqi Festivalı bu rayonlarda keçiriləcək
538 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycanda 14 ölkənin iştirakı ilə Üzeyir Hacıbəyli Klassik Musiqi Festivalı keçiriləcək.

Axşam.az xəbər verir ki, bu haqda mədəniyyət naziri Anar Kərimov tviter hesabında paylaşım edib.

Nazir beynəlxalq festivalın 18-26 sentyabrda təşkil olunacağını qeyd edib. Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən festivalda 14 ölkənin musiqiçiləri Bakı, Gəncə, Bərdə, Ağcabədi və Şuşada çıxış edəcəklər.