Hemoqlobini normada saxlamaq üçün bunları edin

Hemoqlobini normada saxlamaq üçün bunları edin
1678 dəfə oxunub
  • A-
  • A
  • A+

Əgər tez-tez yorğunluq, tənginəfəslik, tərləmə və ağızda quruluq , baş gicəllənmə, kimi hallar müşahidə edirsinizsə, bunun səbəbi qanda hemoqlobinin azalması ola bilər.  Qan hüceyrələrinə qırmızı rəngi verən hemoqlobin molekuludur. Onun çatışmazlığı qan azlığı, dəmir xəstəliyi əmələ gətirir.

Axşam.az xarici mətbuata istinadən hemoqlobini həmişə normada saxlayacaq vasitələri təqdim edir:

1. Axşam bir ovuc kişmişi 1 stəkan qaynar suya töküb, ağzını örtüb, səhərə kimi saxlayın. Səhər yataqdan durmadan üzümləri yeyin, suyu da için.

2. Kişmişdən, qaysı qurusundan, dənəsiz qara gavalı qurusundan, itburnudan və əncir qurusundan eyni miqdarda götürüb, qarışdırıb bir stəkana tökün. Stəkanın ağzına kimi soyuq su əlavə edib, bir gecə saxlayın. Səhər qarışığı ətçəkən maşından keçirdin. Bu məcundan gündə bir dəfə 1 xörək qaşığı yeyin. (Onu soyuducuda saxlamaq lazımdır)
 
3. Əncirin mürəbbəsindən, qurusundan və təbbi halda istifadə edin.