Ankarada Fikrət Əmirovun 100 illiyi qeyd ediləcək

Ankarada Fikrət Əmirovun 100 illiyi qeyd ediləcək
159 dəfə oxunub
  • A-
  • A
  • A+

Oktyabrın 9-da Türkiyənin paytaxtı Ankarada görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun xatirəsinə həsr olunmuş konsert keçiriləcək.

Axşam.az TÜRKSOY-a istinadən xəbər verir ki, konsert bəstəkarın 100 illik yubileyinə həsr olunub və “Başkent Kültür Yolu Festivalı” festivalı çərçivəsində təşkil olunacaq.

Tədbirdə Çukurova adına Dövlət Simfonik Orkestri çıxış edəcək.