Heydər Əliyev Mərkəzindəki mədəni-kütləvi tədbirlər təxirə salındı

Heydər Əliyev Mərkəzindəki mədəni-kütləvi tədbirlər təxirə salındı
142 dəfə oxunub
  • A-
  • A
  • A+

Heydər Əliyev Mərkəzində keçiriləcək mədəni-kütləvi tədbirlər təxirə salınıb.

Axşam.az xəbər verir ki, sentyabrın 12-də gecə saatlarından etibarən Ermənistan silahlı qüvvələri bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədində törətdikləri genişmiqyaslı təxribat nəticəsində baş verən döyüş toqquşmasında Azərbaycan Silahlı Qüvvələri sırasında şəhidlərimizin olması ilə əlaqədar Heydər Əliyev Mərkəzində və Mərkəzin parkında keçirilməsi nəzərdə tutulan mədəni-kütləvi tədbirlər, o cümlədən sentyabrın 17-18-inə planlaşdırılan “Art Festival” təxirə salınıb.  

Allah şəhidlərimizə rəhmət eləsin!