İldırım Kasımov vəfat etdi

İldırım Kasımov vəfat etdi
942 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar mədəniyyət işçisi İldırım Kasimov 88 yaşında vəfat edib.

Bu barədə Axşam.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, İldırım Əli-Nazir Kasimov 7 dekabr 1933-cü ildə Bakı şəhərində anadan olub. O, mədəniyyət sahəsində fəaliyyətinə görə Azərbaycan Prezidentinin sərəncamları ilə 2006-cı ildə “Əməkdar mədəniyyət işçisi” fəxri adına, 2007-ci ildə Prezident təqaüdünə layiq görülüb.

Allah rəhmət eləsin!