Anar Kərimov Rəsul Rzanın ev-muzeyini ziyarət etdi

Anar Kərimov Rəsul Rzanın ev-muzeyini ziyarət etdi
578 dəfə oxunub
  • A-
  • A
  • A+

Mədəniyyət naziri Anar Kərimov və Muzey, qalereya və sərgilər şöbəsi Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi, Dövlət Mükafatı laureatı Rəsul Rzanın ev-muzeyini ziyarət ediblər.

Nazirlikdən Axşam.az-a verilən məlumata görə, nazirliyin müvafiq əmrinə əsasən muzeyin yerləşdiyi mənzil Mədəniyyət Nazirliyinin balansına götürülüb, muzeydə nümayiş olunacaq şairə aid əşyalar müvafiq qaydada siyahıya alınıb.

Görüş çərçivəsində A.Kərimov Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev, Rəsul Rzanın qızı, Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin ərəb filologiyası kafedrasının baş müəllimi Fidan Rzayeva və muzeyə yeni təyin olunmuş direktor Rəsul Rzayev ilə Rəsul Rzanın ev-muzeyində həyata keçiriləcək təmir və bədii-tərtibat işləri barədə müzakirələr və fikir mübadiləsi aparıb.