Payızın xəstəliklərindən qorunun

Payızın xəstəliklərindən qorunun
804 dəfə oxunub
  • A-
  • A
  • A+

"Hər fəslin öz gözəlliyi var" deyimini "Hər fəslin öz xəstəliyi var" kəlməsini ilə də əvəz edə bilərik. Belə ki, yaz allergiyaları, yay infeksiyaları ilə yadda qaldığı halda payız və qış da soyuqdəymələri ilə xarakterikdir.

Axşam.az xəbər verir ki, payızın gəlməsi və havaların soyuması nəticəsində xəstələnlərin sayı da çoxalır.

Qış aylarında insan sağlamlığının birinci düşməni nəfəs yollarının infeksiyasıdır. Bu infeksiyalar xüsusilə uşaqlara, yaşlılara və hamilə qadınlara daha pis təsir edir. Belə halda qrip, faringit, sinuzit, orta qulaq iltihabı, bronxit, haymorit kimi xəstəliklərin yayılma riski də artır. Mütəxəssislər qış mövsümündə soyuq havaya uyğunlaşmaq üçün bədənin daha çox enerci sərf etməsinə diqqət yetirildiyini, enerci ehtiyatının kifayət qədər olmadığı halda orqanizmdəki immunitetin aşağı düşdüyünü və infeksiyalara qarşı zəiflədiyini bildirirlər.  Bununla yanaşı mütəxəssislər viruslar nəticəsində yüksək temperatur, əzələ ağrıları ilə özünü büruzə verən bu xəstəliklərə diqqət edilmədikdə ciddi ağırlaşmalara səbəb ola biləcəyini də söyləyirlər.

Bütün bu problemlərdən uzaq olmaq üçün immuniteti möhkəmləndirmək, viruslardan xilas olmaq lazımdır. Bunu ev şəraitində etmək də mümkündür.

Sizlərə ev şəraitində hazırlaya biləcəyiniz dərmanları təqdim edirik:

Qrip
• 2 limonu və 2 diş sarımsağı sürtgəcdən keçirin. Alınan kütləni, 1 litr qaynanmış və soyudulmuş suda qarışdırın. Alınmış məhlulu qaranlıq yerdə (otaq temperaturunda) 3 gün saxlayıb, süzün. Gündə bir xörək qaşığı acqarına qarışıqdan qəbul edin.

• Təmiz balı cuğundur şirəsi ilə qatıb, qaynadın. Gün ərzində 4-5 dəfə çaya və ya suya 5-6 damcı töküb, qəbul edin.

• Xırda doğranmış soğandan 3 xörək qaşığı götürüb, 50 ml. qaynar suya tökün. Üzərinə 1 çay qaşığı bal əlavə edib, əriyənə kimi qarışdırın. 30-40 dəqiqə, şirə halına gəlməsini gözləyin. Qrip olanda burnunuza gün ərzində 4-5 dəfə 4-6 damcı tökün.

• Burnunuza gün ərzində 5-6 damcı təzə əzvay suyu sıxın.

• 50 ml. günəbaxan yağını qaynadıb, üzərinə əzilmiş 4 diş sarımsağı və bir soğanın ¼ hissəsini qatıb, 2 saata yaxın qaynadın. Qrip zamanı burnunuzun kənarlarına tez-tez bu qarışıqdan sürtün.

Haymorit

• Qıtığotu (xren) kökünü yuyub, təmizlədikdən sonra sürtgəcdən keçirin. Qarışığı 3 limonun şirəsi ilə qarışdırın. Gün ərzində bir dəfə səhər yeməyindən  20-30 dəqiqə əvvəl ½ xörək qaşığı qəbul edin. Haymorit zamanı bu müalicəni 3-4 ay davam etdirin. Arada iki həftə fasilə verdikdən sonra prosesi təkrarlamaq olar. 

• Kartofu qabıqlı qaynadın. Burnunuzu qaynanmış kartof buxarına verin.

• Arı şanını spirtlə qarışdırın. Qaba su töküb, üzərinə ½  çay qaşığı şan qarışığından töküb qaynadın. Suyun buxarında başınızı yarım saat saxlayın.

Faringit

• Faringit zamanı lakonos bitkisindən istifadə etmək effektlidir. Qurudulmuş lakonos otundan bir çay qaşığı götürüb, 1 stəkan suya töküb, bir az saxlayın. Su ilə boğazınızı ovuşdurun.

• 1 xörək qaşığı solmazçiçək, 1 xörək qaşığı qatırquyruğu otundan, 1 xörək qaşığı moruq yarpağından götürüb, 200 ml. suda 2 saat qaynadın. Qaynanmış sudan boğazı ovuşdurmaq üçün istifadə edin.

• Böyürtkən yarpağı 10 qram, kalendula çiçəyi 5 qram, ağ akasiya çiçəyi 10 qram. Qarışığı 1 stəkan qaynar suya töküb, bir saat saxlayın. İnhalyasiya kimi istifadə edin.

Sinusit
• 4 diş sarımsağı əzib, 1 çay qaşığı alma sirkəsi ilə qarışdıraraq yarım stəkan qaynar suya tökün. Burnunuzu qarışığın buxarına verin. Bu prosesi gündə 3-4 dəfə təkrarlayın.

• 0,5 l. suya 2 xörək qaşığı ivan-çay otundan töküb, 30 dəqiqə qaynadın. Gün ərzində 3-4 dəfə (yeməkdən 30 dəqiqə əvvəl) stəkanın 1/3 həcmində qəbul edin. 

Vərəmə qalib gəl

• 0,5 litr arağı və 14 ədəd təmizlənmiş qozu bankaya töküb, qaranlıq və soyuq yerdə 7 gün saxla. 7 gündən sonra qarışığı götürüb süz. Hər səhər yeməkdən yarım saat əvvəl bu məlhəmdən iç.

• Vərəm zamanı əzvay (aloe) şirəsi də kömək edir: bunun üçün 100 qr. balın içərisinə 1 çay qaşığı əzvay şirəsi, 100 qr. donuz yağı və 50 qr. kakao töküb qarışdır. Bu qarışıqdan gündə 3 dəfə 1 xörək qaşığı götürüb, 1 stəkan qaynar südə qatıb iç.