Oksananın sərt sözlərindən sonra Şəhriyar yazdıqlarını sildi

Oksananın sərt sözlərindən sonra Şəhriyar yazdıqlarını sildi
15189 dəfə oxunub
  • A-
  • A
  • A+

Aparıcı Şəhriyar Əbilov instaqramda izləyicilərinin suallarını cavablandırıb. 

Axşam.az xəbər verir ki, ona ünvanlanan sualların əksəriyyəti isə keçmiş həyat yoldaşı Oksana Rəsulova ilə ayrılması, şəxsi həyatı haqda olub. 

Şəhriyar izləyicisinin "Nə olursa, xeyirliyə doğru olur, Allah sənin üçün daha xeyirlisini qismət edəcək. Çünki belə olmalıdır" sözlərinə "Allah hər kəs üçün nə xeyirlidirsə, onu versin. Amin" cavabını verib. 

Əbilov daha sonra "İstəyirəm ki, siz xoşbəxt olasınız" sözlərinə "Olacağam" qısa şərhi ilə reaksiya verib.

Bunun ardından Oksana sosial şəbəkədə sərt sözlərin yer altığı paylaşım edib. Onun "Məndən ümidinizi kəsin. Bitdi, bitib, özü də çoxdan. O yazdığınız statusları isə öz beyninizə yeridin, məndən uzaq olun. Yetər artıq! Rahat buraxın məni, bezdim" sözlərindən sonra Şəhriyar yazılanları silib. Bir az keçdikdən sonra isə Oksana da statusnu pozub.