"Bu saat”ın yeni aparıcısı Emil oldu

"Bu saat”ın yeni aparıcısı Emil oldu
1406 dəfə oxunub
  • A-
  • A
  • A+
“Lider” telekanalında yayımlanan “Bu saat” verilişinin növbəti aparıcısı müğənni Emil Bədəlov olub.

Axşam.az-ın məlumatına görə, sənətçi aparıcılığı ilə yanaşı maraqlı söhbəti ilə də yadda qalıb.

Bu həftə onluqda birinci yeri müğənni Zamiq Hüseynovun "Gör nələr" adlı mahnısına çəkilmiş klip tutub. Rəqqasə Aytənin türkiyəli həmkarı Asena ilə çəkdirdiyi ekran işi isə "Top10"luğa daxil olub.

Qeyd edək ki, veriliş həftəiçi beş gün, saat 16:00-da efirə çıxır. Sözügedən layihənin rejissoru və müəllifi Nail Naiboğlu, prodüseri Pərviz Oqtayoğlu, musiqi redaktoru Rauf Sahiboğludur.

"Bu saat"ın informasiya dəstəyi Axşam.az saytına məxsusdur.