“Xəsisin andı” nümayiş olunacaq

“Xəsisin andı” nümayiş olunacaq
511 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycanın ilk inklüziv teatrı olan ƏSA Teatrı fransız komediya yazarı Molyerin “Xəsis” əsəri əsasında hazırlanmış “Xəsisin andı” dramatik-komediyasını təqdim edəcək.

Axşam.az xəbər verir ki, tamaşa sentyabrın 28-də Akademik Rus Dram Teatrında nümayiş olunacaq.

Molyerin “Xəsis” komediyasında hadisələr orta əsrlər Parisində baş verir. Varlı və xəsis Qarpaqonun iki övladı var: Kleant və Eliza. Kleant anası ilə kasıb həyat tərzi yaşayan Mariana adlı xanımla evlənmək istəyir, Eliza isə atasının qulluğunda duran Valer adlı xidmətçiyə aşiqdir. Uşaqlarının sevgi macəralarından xəbərsiz Qarpaqon isə uşaqlarını varlı insanlarla evləndirmək istəyir. Oğlunun sevdiyi Mariananı isə hiyləgər Frozina sayəsində özünə gəlin gətirmək arzusundadır.