Bloger ərinin sevgilisi tərəfindən döyüldüyünü iddia edir - Fotolar

Bloger ərinin sevgilisi tərəfindən döyüldüyünü iddia edir - Fotolar
3185 dəfə oxunub
  • A-
  • A
  • A+

Sosial şəbəkədə "Selinin anası" adı ilə tanınan bloger Səbinə Zeynalzadə həyat yoldaşı Saminin ona xəyanət etdiyini iddia edib.

Axşam.az xəbər verir ki, bloger hətta bir neçə gün əvvəl həyat yoldaşının sevgilisi tərəfindən döyüldüyünü bildirib. Bunla bağlı sosial şəbəkədə paylaşım edən Səbinə bədənindəki yara izlərinin görüntülərini yerləşdirib.

"Evimin zirzəmisində Lalə Bağıyeva adında bir şəxs tapmışam. Evimi əxlaqsızlıq yuvasına çevirməyinə baxmayaraq, özünü haqlı çıxarıb üstümə hücum etdi. Bütün bunlar azyaşlı qızımın gözü qarşısında olub" deyə, paylaşım edən bloger polisə müraciət ünvanlayıb. 

S.Zeynalzadə Lalə Bağıyevanın tanınmış voleybolçu olduğunu vurğulayıb:

"Bizim voleybol federasiyası evli kişilərlə gəzməyi, zirzəmidə gizlənməyi məncə öyrətmirlər.

Mən kişinin və kişilərin tərəfini saxlamıram. Ailə dağıtmaq çox çətindir. Övladım hər ikimizə bağlıdır və bilmirəm nə edəm, keçirəm. Övlada görə hər şeydən keçirsən. o, qadının Samiyə nələr yazdığı mənim telefonumda var. Yazırdı ki, həmişə sənə aid olacağam. Nə olsun evlisən, arada görüşək. Və digər mesajlar...".

Bloger bildirib ki, sosial şəbəkədə paylaşdıqlarından sonra voleybolçu onu polisə şikayət edib:

"Mənim 2 yaşlı uşağım hər şeyi gördü, yerə yıxılanda zərbə aldı. Mən bunu keçərəm?".

Səbinə daha sonra həyat yoldaşının ona yazdığı mesajları yayımlayıb. O əlavə edib ki, əri 5 ildir ona xəyanət edir.