Hüsniyyə Mürvətova Xudafərində - Fotolar+Video

Hüsniyyə Mürvətova Xudafərində - Fotolar+Video
1978 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Hüsniyyə Mürvətova işğaldan azad edilən Cəbrayıl rayonuna yollanıb. 

Axşam.az xəbər verir ki, aktrisa Xudafərin körpüsünün yanında çəkdirdiyi görüntüləri sosial şəbəkə hesabında yayımlayıb. 

"Cəbrayıl, Xudafərin körpusu, 22.09.2022... Tarixi rəqəm və tarixi bir layihə üçün Azərbaycan Dövlət Televiziyası ilə çəkilişə gəlmişik. Çox gözəl, və qarışıq hisslər keçirirəm. Allah şəhidlərimizə rəhmət eləsin, ordumuzu qorusun. Bu gün buradayıq. Hisslərimi kəlimələrə gətirmək çox çətndir" deyə, Hüsniyyə bildirib.