Bakıda 8-ci Beynəlxalq Kitab sərgisi keçiriləcək

Bakıda 8-ci Beynəlxalq Kitab sərgisi keçiriləcək
964 dəfə oxunub
  • A-
  • A
  • A+

Oktyabrın 5-dən 9-a qədər paytaxtda 8-ci Bakı Beynəlxalq Kitab Sərgisi - “Baku International Book Fair 2022” keçiriləcək.

Axşam.az xəbər verir ki, bu barədə mədəniyyət naziri Anar Kərimov bildirib.

16 ölkədən 60 xarici, 130 yerli nəşriyyat və təşkilatın təmsil olunacağı sərgi Şuşa ilinə həsr olunacaq.

Sərginin məqsədi kitab və mütaliənin təbliği və populyarlaşdırılması, Azərbaycan və xarici nəşriyyatların poliqrafiya məhsulları ilə tanışlıq, nəşriyyat sənayesinə dəstək, potensial əməkdaşlıq üçün nəşriyyatları kitab mağazaları ilə tanış etmək, Azərbaycanda kitab biznesinin inkişafı ilə bağlı təcrübə və fikir mübadiləsi aparmaqdır.